Sədr iki gün sorğu-sual edilb
Lənkəran Rayon Polis İdarəsi dekabrın 21-də Müsavat Partiyasının yerli təşkilatının sədri İman Əliyevə xəbərdarlıq edib.
Partiya başqanının müavini Yadigar Sadıov Meydan TV-yə deyib ki, İman Əliyev iki gün Lənkəran Polis İdarəsində sorğu-sual edilib.
“Müsavatın Lənkəran təşkilatının sədri İman Əliyev dekabrın 20-si polisə aparılıb. Bunun səbəbləri barədə yaxınlarına heç bir məlumat verilməyib. Onu gecə saat 12-yə işləmiş, dekabrın 21-də polisə gəlmək şərtilə sərbəst buraxıblar. Səhəri gün yenidən polis idarəsinə gedib. Sadəcə, İman Əliyevin yaşı 65-i ötdüyündən inzibatı cəza verlməyib, xəbərdarlıq olunaraq buraxılıb”.
Y.Sadıqov Cəlilabaddan olan bir nəfərin İman Əliyevdən polisə şikayət etdiyini bildirib:
“Guya, İ.Əliyev onu zorla partiyaya üzv etmək istəyir və polisdən yardım istəyib. Halbuki, böhtandan başqa bir şey deyil”.
Müsavatın təşkilat sədrinin sorğu-sual edilməsi ilə bağlı Lənkəran polisindən münasibət almaq mümkün olmayıb.
Partiyadan isə bildirilib ki, İ.Əliyevin sorğu-sual edilməsinə səbəb noyabrın 26-da evində təşkilatın konfransını keçirmək istəməsidir.