”Polis müsavatçılara təzyiq edir”

Dəfn mərasimində mülki geyimli polislərin olduğu bildirilir

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Dəfn mərasimində mülki geyimli polislərin olduğu bildirilir

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları yerli müsavatçılara və oktyabrın 10-da rəhmətə getmiş Könül Mirzəyevanın qohumlarına təzyiq edir.

Bu barədə bastainfo.com-un baş redaktoru Mustafa Hacıbəyli öz “Facebook” səhifəsində məlumat verib. Onun bildirdiyinə görə, Müsavat rəhbərliyinin Xaçmaza gəlişi yerli hakimiyyəti narahat edib:

“Xaçmaza Könülün dəfninə gəlmişik. Mülki geyimli polislər 4 tərəfi əhatəyə alıblar. Dünəndən polis əməkdaşları yerli müsavatçılara və Könül Mirzəyevanın qohumlarına təzyiq edir, Arif Hacılının və İsa Qəmbərin Xaçmaza gəlişi ilə bağlı sorğu-suala tuturlar”.

Oktyabrın 10-da Musavat Partiyası Xaçmaz rayon təşkilatının üzvü, Müsavat Məclisi və Qadınlar Şurasının üzvü Könül Mirzəyeva (Könül Turan Türk) uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, oktyabrın 11-də dəfn olunub.

DİN-in ictimaiyyətlə əlaqələr şöbəsi məsələyə münasibət bildirmir.

Ana səhifəXəbərlər”Polis müsavatçılara təzyiq edir”