Polis mitinqin vaxtının dəyişməsini istəyir

“Razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək”

Source:

Səhlab Bağırov, foto: courtesy
Səhlab Bağırov, foto: courtesy
Səhlab Bağırov, foto: courtesy
Səhlab Bağırov, foto: courtesy


Səhləb Bağırov: “Hava tez qaraldığı üçün onlara təklif edəcəyik ki, mitinqin vaxtını bir-iki saat irəli çəksinlər”

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 11-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini Səhlab Bağırov APA-ya bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:

“Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

S.Bağırov onu da qeyd edib ki, mitinqin təşkilatçılarına vaxtın dəyişdirilməsi təklif olunacaq: “Hava tez qaraldığı üçün onlara təklif edəcəyik ki, mitinqin vaxtını bir-iki saat irəli çəksinlər”.

Milli Şura sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma etiraz edir. Mitinq “Monarxiyaya yox! Talana son!” şüarı ilə keçirilməlidir.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-na təyin olunub.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Dəyişikliklərin əleyhinə olan Milli Şura referendumu boykot etmək qərarı verib.

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

Ana səhifəXəbərlərPolis mitinqin vaxtının dəyişməsini istəyir