Polis Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib

”Əks təqdirdə, günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”

Source:


”Əks təqdirdə, günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

İdarənin rəis müavini Səhlab Bağırov APA-ya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcəyini deyib:

“Mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, təşkilatçılar və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Milli Şura aprelin 9-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

 Bakı Şəhər İcra Hakimiyyəti isə mitinqin aprelin 8-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsini tövsiyə edib.

Milli Şura tövsiyəni nəzərə alaraq mitinqin aprelin 8-də keçirilməsinə qərar verib.

Ana səhifəXəbərlərPolis Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib