Sentyabrın 12-də Beynəlxalq Diaspora Mərkəzi ATƏT-in Bakı Ofisi qarşısında aksiya keçirib. Aksiyada 20-yə yaxın adam iştirak edib. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə aksiya icazəsiz olsa da, polislər prosesi kənardan izləyiblər. Hətta polislər jurnalistlərə tədbirin icazəsiz olduğunu təsdiqləyiblər. Amma müdaxilə etməmələrinin səbəbi barədə suala cavab verməyiblər.