Polis əməkdaşının öldürülməsi ilə bağlı rəsmi məlumat yayıldı

İmişli Rayon Polis Şöbəsi əməkdaşının sürücü tərəfindən qətlə yetirildiyi müəyyənləşib

Source:

İmişli Rayon Polis Şöbəsi əməkdaşının sürücü tərəfindən qətlə yetirildiyi müəyyənləşib

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda polis əməkdaşının öldürülərək yandırılması faktı ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən

APA

-ya daxil olan məlumatda qeyd olunur ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən edilib.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib, sonuncu cinayətin izini itirmək məqsədi ilə M. Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Cinayətin törədilməsində digər şəxslərin iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlərPolis əməkdaşının öldürülməsi ilə bağlı rəsmi məlumat yayıldı