Polis Cəlilabad müsavatçılarını Şəhidlər Xiyabanına piyada getməyə qoymur

“Hazırda qarşımızı kəsiblər, nəyə görə maşınla getməliyik, anlamırıq”

Source:


“Hazırda qarşımızı kəsiblər, nəyə görə maşınla getməliyik, anlamırıq”

“Bu gün saat 10.00 radələrindən Şəhidlər xiyabanı hər bir rayon sakininin üzünə açıqdır. Rayon rəhbərliyi, səhiyyə, təhsil və mədəniyyət işçiləri, hərbi qulluqçular və sadə insanlar sərbəst şəkildə xiyabana gələrək şəhidlərə öz ehtiramlarını ifadə edirlər. Müsavat partiyasının beş-on üzvü isə şəhidlərin adından istifadə edərək qanunsuz küçə yürüşü keçirmək istəyib”.

Bunu APA-nın cənub bürosuna açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi şöbəsi müdirinin səlahiyyətlərini icra edən Loğman Hüseynov deyib.

Onun sözlərinə görə, Müsavatın yerli təşkilatının qərargahı ilə Şəhidlər xiyabanı arasında məsafə 3 km-dir: “Onlar küçə ilə yürüş etmək, şüarlar səsləndirmək niyyətində olublar. Bu isə qanuna zidd hərəkət hesab olunur və belə hərəkətlər yolverilməzdir”.

* * *

Yanvarın 20-də səhər saat 10-da Müsavat Partiyasının Cəlilabad təşkilatının ofisi polis tərəfindən mühasirəyə alınıb.

Səbəb müsavatçıların Şəhidlər Xiyabanına piyada getmək istəmələridir.

Bu barədə Meydan TV-yə məlumatı rayon təşkilatının sədri Hidayət İsmayılov verib.

O bildirib ki, hazırda qərargahdan çıxmışıq, mərkəzi prospektdədirlər, qarşılarını kəsiblər: “İstəyirlər ki, biz avtobusla xiyabana gedək. Hazırda qarşımızı kəsiblər, nəyə görə maşınla getməliyik, anlamırıq”.

Hidayət İsmayılov təşkilatdan saxlanılan olmadığı deyib.

“Bu gün saat 10.00 radələrindən Şəhidlər xiyabanı hər bir rayon sakininin üzünə açıqdır. Rayon rəhbərliyi, səhiyyə, təhsil və mədəniyyət işçiləri, hərbi qulluqçular və sadə insanlar sərbəst şəkildə xiyabana gələrək şəhidlərə öz ehtiramlarını ifadə edirlər.

Müsavat Partiyası

nın beş-on üzvü isə şəhidlərin adından istifadə edərək qanunsuz küçə yürüşü keçirmək istəyib”.

Bunu

APA

-nın cənub bürosuna açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi şöbəsi müdirinin səlahiyyətlərini icra edən Loğman Hüseynov deyib.

Onun sözlərinə görə, Müsavatın yerli təşkilatının qərargahı ilə Şəhidlər xiyabanı arasında məsafə 3 km-dir: “Onlar küçə ilə yürüş etmək, şüarlar səsləndirmək niyyətində olublar. Bu isə qanuna zidd hərəkət hesab olunur və belə hərəkətlər yolverilməzdir”.

Ana səhifəXəbərlərPolis Cəlilabad müsavatçılarını Şəhidlər Xiyabanına piyada getməyə qoymur