Saxlanma səbəbləri açıqlanmayıb
AXCP Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov aprelin 30-da saxlanılaraq Şəki rayon polis şöbəsinə aparılıb.
Turan-a partiyadakı mənbələr bildiriblər ki, Samir yol gedərkən polis onu saxlayıb və şöbəyə aparıb.
AXCP Şəki rayon təşkilatının sədri İslam Həsənovun sözlərinə görə, polis saxlanmanın səbəblərini açıqlamayıb və onu azad etmir.
Şəki rayon polis şöbəsindən şərh almaq mümkün olmayıb.