“MX Lab” e-poçt vasitəsi ilə yayılan “my new photo ;)” mövzulu yeni troyanı aşkar edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “
APA
-Economics”ə verilən məlumata görə, bu troyan antivirus proqramları vasitəsilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.
RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompyuterə yükləməməyi tövsiyə edir.
Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan “HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.
53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.