PKK İstanbuldakı partlayışı üzərinə götürdü

”Gec, ya tez, qisasımızı alacağıq”

Source:
foto hurriyet.com.tr
foto hurriyet.com.tr


”Gec, ya tez, qisasımızı alacağıq”

İstanbulda partlayışlara görə məsuliyyəti Kürd Fəhlə Partiyası-PKK üzərinə götürüb. “Reuters” agentliyinin yazdığına görə, bu haqda PKK-nın qanadı olan “Kürdüstanın Azadlıq Qırğıları”nın (TAK) internet səhifəsində məlumat verilib.

Dekabrın 10-da İstanbulun mərkəzində bir-birinin ardınca iki partlayış olub. 38 nəfər ölüb, 166 yaralı var.

Ölənlərdən 30-u polis işçisidir.

Polis zabitlərinin dəfn mərasimində iştirak edən daxili işlər naziri Süleyman Soylu terrorçulardan intiqam alacaqlarına söz verib: “Gec, ya tez, qisasımızı alacağıq. Bu qan yerdə qalmayacaq. Nəyin bahasına olur-olsun…”.

Nazir terror hücumuna sosial mediada haqq qazandıranlara da xəbərdarlıq edib, hadisədə şübhəli bilinən 13 nəfərin həbs olunduğunu deyib.

Prezident Recep Tayyip Erdoğan isə əsas hədəfin terrorun kökünü kəsmək olduğunu, bundan ötrü axıra qədər savaşacaqlarını söyləyib.

Ana səhifəXəbərlərPKK İstanbuldakı partlayışı üzərinə götürdü