17 yaşlı Rəhim Rəhimov sahibkar oğludur
Yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsidir.
Sonra təqsirləndirilən şəxsin qanuni nümayəndənin olmadığını əsas gətirərək, məhkəmə iclasının təxirə salınmasını istəyib.
Buna görə proses fevralın 2-dək təxirə salınıb.
Hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova “Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.
1975-ci il təvəllüdlü Könül Əkbərovanı “Jeep Grand Cherokee” markalı, ağ rəngli, “90 FO 007” nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.
R.Rəhimovun atası Akif Rəhimov “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.