Pirşağıda məcburi köçkünlərin məskunlaşdığı sanatoriya yanıb

Yanğında yeddi nəfər zəhərlənib

Source:


Yanğında yeddi nəfər zəhərlənib

Paytaxtın Pirşağı qəsəbəsində yerləşən fəaliyyətsiz “Gilavar” sanatoriyasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpus aprelin 3-də yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi

məlumat

yayıb.

Bildirilib ki, korpusun birinci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib.

Yanğın zamanı ikisi uşaq olmaqla ümumilikdə 7 nəfər tüstüdən yüngül zəhərlənib. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Toksikologiya şöbəsindən “Report”a

bildirilib

ki, onlar bu gün evə buraxılacaqlar.

Ana səhifəXəbərlərPirşağıda məcburi köçkünlərin məskunlaşdığı sanatoriya yanıb