Pirşağı sakini: “Bura varlılar köçəndən sonra suyumuz kəsildi”

99 ailənin yaşadığı Pirşağı qəsəbəsindəki Qarabağ sanatoriyasında sakinlər öz imkanları hesabına müharibədə həyatlarını itirən döyüşçülər üçün guşə düzəldiblər. Onlar müharibədə həlak olan Elçin Bağırovun adına bulaq açsalar da, yay gələn kimi bulaqda su olmur. 

Sakinlər deyir, qışda bu problemi yaşamasalar da, yay gələn kimi su kəsilir. Su idarəsi adətən onlara maşınla pulsuz su göndərsə də, bəzən günlərlə bu maşın da gəlmir. Sakinlər deyir ki, həftəyə 20-25 manat suya xərcləri çıxır. 

Sakinlər deyir ki, onlara suyun verilməməsinə səbəb ətrafdakı villalalardır. Vilallara su verilsin deyə onların suyu kəsilir. 

Problemlə bağlı “Azərsu”-nun mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. 

Sakinlər isə tələb edir ki, “Azərsu” daha onlara su maşını göndərməsin, su xətti çəksin.

Ana səhifəVideoPirşağı sakini: “Bura varlılar köçəndən sonra suyumuz kəsildi”