”Pirr qələbəsi: 41 milyon müqəddəs itki”

”Leonid İliç Brejnev 20 milyona 7 milyon da əlavə etdi və böyük qələbəni bayram etməyə başladılar”

Source:


”Leonid İliç Brejnev 20 milyona  7 milyon da əlavə etdi və böyük qələbəni bayram etməyə başladılar”

İkinci Dünya Müharibəsində SSRİ-nin itkisi 41 milyon 979 min nəfər olub. Rusiya Dövlət Dumasının real itkilərlə bağlı açıqladığı rəsmi məlumatda belə deyilir.

Məlumat Viktor Yerofeyevin snob.ru saytında

“Pirr qələbəsi: 41 milyon müqəddəs itki”

 başlıqlı müəllif yazısında öz əksini tapıb.

Müəllif bildirir ki, Nikita Xruşov ölənlərin sayını 20 milyona çatdırsa da, heç kim Pirr qələbəsi barədə düşünməyib:

“Sadəcə, romalıları tapdalayan döyüş filləri kimi sovet rəhbərliyi də “katyuşa”larla öyünürdü. Sonra Leonid İliç Brejnev 20 milyona  7 milyon da əlavə etdi. Və böyük qələbəni bayram etməyə başladılar. Zaman yalnız yaraları sağaltmır, həm də xəstə xatirələri də sağaldır.

Bəs nədən bu qədər çox insan həlak olub? Pis döyüşürdülər, pis rəhbərlik edirdilər? Qaliblərin Pirrinin əmri ilə hər tərəf alman cəsədləri ilə dolmuşdu?”,-deyə müəllif məqaləsində bu sualları verir.

Ana səhifəXəbərlər”Pirr qələbəsi: 41 milyon müqəddəs itki”