“Peyvəndləmədə məcburiyyət olsa, saxta vaksin pasportu alınması halları artacaq”

Həkim: “Bu xəstəliyin adı gələndə, stressə düşmək, qorxmaq, həyəcanlanmaq lazım deyil”

Source: Meydan Tv


Həkim: “Bu xəstəliyin adı gələndə, stressə düşmək, qorxmaq, həyəcanlanmaq lazım deyil”

“Bir ildən çoxdur ki, yeni növ koronavirus insanlara ölüm qorxusuyla aşılanır. Bu da ruhi sarsıntıya, xroniki xəstəliklərin aktivləşməsinə, mübadilə və kəskin mədə-bağırsaq pozğunluğuna, hətta kəskin saç tökülməsinə səbəb ola bilir. Halbuki, yeni növ koronavirus mövcud çoxsaylı viral infeksiyalardan biridir”.

Bunu həkim-farmokoloq, professor Musa Qəniyev “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, yoluxmanın artımı əksər viral infeksiyalarda olduğu kimi, fəsli xarakter daşıyır:

“Bu hal ildə iki və daha çox ola bilər. Lakin xəstəliyi keçirmiş və ya peyvənd olunanlar üçün yoluxmanın qorxusu yoxdur. Onlar təkrar yoluxmada xəstəliyi yüngül, ya da simptomsuz keçirəcəklər. Ümumiyyətlə, bu xəstəliyin adı gələndə, stressə düşmək, qorxmaq, həyəcanlanmaq lazım deyil”.

Həkim COVİD-19 infeskiyası ilə bağlı dünyada aparılan elmi araşdırmaların əhatəli olmadığı qənaətindədir. Deyir ki, virusun istər yoluxma, istərsə də fərdlərə qarşı həssaslığında xüsusi irsi, immun, genetik xüsusiyyət və gizli məqamları mövcuddur:

“Bir ailənin on üzvünün hamısı COVİD-19-a yoluxur. İkisi xəstələnərək vəfat edir, üç nəfəri oksigen aparatına qoşurlar, yəni xəstəliyi ağır keçirir, üç nəfərdə yüngül qrippoz əlamətlər olur, iki nəfər isə, ümumiyyətlə xəstələnmir. Xüsusi monitorinq yolu ilə elmi araşdırmalar apararaq, bu fərqliliklərə aydınlıq gətirməlidir. Tək Azərbaycan deyil, dünya səhiyyəsində öyrənilməsi zəruri olan, lakin nəyə görəsə maraq göstərilməyən əsas məsələ budur. İnfeksiyanın yayılması və artımının qarşısının alınmasına maneə olan əsas səbəb bu xəstəlikdən vəfat edən adamların təşrihinin nəticələri haqqında məlumatın azlığı və ya heç olmamasıdır”.

Musa Qəniyev yeni növ koronavirusa qarşı peyvəndləmə prosesinin məcburi tətbiq edilməsini doğru addım saymır. Həkimin fikrincə, peyvəndləmədə məcburiyyət tətbiq olunarsa, mütləq saxta vaksin pasportu alınması halları artacaq.

Ana səhifəXəbərlər“Peyvəndləmədə məcburiyyət olsa, saxta vaksin pasportu alınması halları artacaq”