Putinin köməkçisi: "Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə gedir"
Dağlıq Qarabağda "İsgəndər-M" raketlərinin qalıqlarının aşkar edilməsilə bağlı Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə aparılır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 13-d jurnalistlərə deyib.
O bildirib ki, müzakirə Bakının Moskvaya müraciəti əsasında aparılır.
Məlumatı "Turan" İA yayıb.
Peskov qeyd edib ki, “İsgəndər-M”in qalıqlarının aşkar edilməsi Vladimir Putinlə İlham Əliyevin telefon danışığı zamanı da müzakirə edilib.
O, 2020-ci ilin noyabrında Azərbaycan sərhəddin yaxınlığında Rusiyaya məxsus Mi-24 vertolyotunun vurulması mövzusunun prezidentlər arasında müzakirə olunub-olunmaması ilə bağlı suala konkret cavab verməkdən yayınıb.
Aprelin 12-də İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında bildirib ki, Moskva Bakının iradlarına reaksiya vermir.