“Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik”
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-Ermənistan hərbi təlimlərinə reaksiya verib.
Dmitri Peskov bildirib ki, Ermənistanın ABŞ-la birgə hərbi təlimləri keçirməsi dərin təhlil tələb edir:
“Biz Ermənistanın hansı məqsədlər güddüyünü başa düşməliyik və biz bunu onunla dialoqda edəcəyik”.
Putinin sözçüsü bildirib ki, Rusiya Ermənistanla müttəfiqliyini itirməkdən qorxmur.
Onun sözlərinə görə, Moskva və Yerevanın münasibətləri çox yaxındır:
“Xeyr, biz Ermənistanla çox yaxın müttəfiq və tərəfdaş olmuşuq, indi müttəfiq qalırıq”.
O deyib ki, iki ölkə arasında müəyyən problemlər ola bilər:
“Onları həll etmək lazımdır, amma onları dialoq çərçivəsində həll etmək lazımdır. İki ölkənin inkişafı və milli maraqları müttəfiqliyimizi və tərəfdaşlığımızı dərinləşdirməyin zəruriliyini diktə edir”.
Sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ ilə birgə “Eagle Partner 2023” təlimləri keçiriləcək.
Təlimlər çərçivəsində sülhyaratma missiyaları vaxtı münaqişə tərəfləri arasında sabitləşdirmə tapşırıqları icra olunacaq.