O bildirib ki, rusiyalı diplomatlar Bakı ilə daim əlaqədədirlər və saxlanılan Rusiya vətəndaşlarının hüquqlarını “bütün imkanlardan istifadə edərək” müdafiə edirlər
“Rusiyə ümid edir ki, Azərbaycanla bağlı bütün problemlər müsbət şəkildə, iki ölkə arasındakı ümumi münasibətlər ruhuna uyğun olaraq həll ediləcək”.
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Məntiq yalnız bir şeyi deyir: Rusiya ilə Azərbaycan ən yaxın tərəfdaş və müttəfiqlərdir. Bu, belə də qalmalıdır, çünki onları ortaq tarix, ümumi bu gün və ortaq gələcək birləşdirir”, – Peskov vurğulayıb.
O bildirib ki, rusiyalı diplomatlar Bakı ilə daim əlaqədədirlər və saxlanılan Rusiya vətəndaşlarının hüquqlarını “bütün imkanlardan istifadə edərək” müdafiə edirlər.
Həmçinin Azərbaycan tərəfi ilə dialoqu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Baş prokuror İqor Krasnov da davam etdirirlər.
Moskva ilə Bakı arasında münasibətlərdə yeni gərginlik, iyunun 27-də Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra baş verib.
Rusiya İstintaq Komitəsi onların 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllər və suiqəsd hadisələri ilə bağlı cinayət işlərində təqsirləndirilən şəxs olduqlarını bildirib.
Saxlanılan şəxslərdən ikisi vəfat edib.
İstintaq Komitəsinin məlumatına görə, onlardan birinin ölüm səbəbi ürək çatışmazlığı olub.
Azərbaycan tərəfi ekpertizadan sonra açıqlayıb ki, həyatlarını itirən iki nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qardaşları xüsusi amansızlıqla qətlə yetiriliblər.
Hadisədən sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiya dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfər saxlayıb. Onların ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Həbs olunanlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etmə kimi müxtəlif maddələr irəli sürülüb.
Rusiya mətbuatı isə yazıb ki, onların sayı 10 nəfərdir və aralarında turist və iş adamları da var.
Daha sonra isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota veriblər.