“Bəli, mən xəstəyəm, müalicə alıram”
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı deyib ki, onun verdiyi koronavirus testi müsbət nəticə verib. “Reuters” xəbər verir ki, hazırda sözcü xəstəxanada müalicə alır.
“Bəli, mən xəstəyəm, müalicə alıram”, – “İnterfaks” agentliyin Peskova istinadən bildirib.
TASS agentliyi xəbər verir ki, Peskov Putinlə şəxsən bir ay əvvəl görüşüb. Kreml Putinin sağlamlığının qorunduğunu bildirir. O, Rusiyanın təklif etdiyi ən yaxşı tibbi müalicəni alır.
Moskva xaricindəki iqamətgahından uzaqdan işləyən və video konfrans vasitəsilə görüşlər keçirən Putin çərşənbə axşamı neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçinlə üz-üzə görüş keçirib.
Putinin sözcüsü Peskov koronavirusa tutulan yüksək səviyyəli ikinci hökumət səlahiyyətlisidir.
Baş nazir Mixail Mişustin aprelin sonunda Putinə koronavirusa tutulduğunu və sağalmaq üçün müvəqqəti olaraq vəzifəsindən getdiyini deyib.
Mədəniyyət naziri Olqa Lyubimova bu ayın əvvəlində koronavirusdan müsbət test edilib. Tikinti naziri Vladimir Yakuşevin və müavinlərindən birinin də virusa tutulduğu qeyd edilir.
Rus fabrik və inşaat işçiləri çərşənbə axşamı günü Rusiyada koronavirus yoluxmalarının yenidən artımına baxmayaraq yenidən işə qayıdıblar. Rusiya yoluxma hallarının ən yüksək səviyyəsinə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.