Pərviz Həşimliyə vəkili ilə görüşə icazə verilmir

Hakim hazırlıq iclasını gözləməyi məsləhət görür.

Source:

Hakim hazırlıq iclasını gözləməyi məsləhət görür.

“Bizim Yol” qəzetinin əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimliyə vəkiliylə görüşə icazə verilmir. Bu barədə Meydan TV-yə jurnalistin vəkili Elçin Sadıqov deyib. Onun sözlərinə görə, fevralın 12-dən Pərviz Həşimliylə görüşə bilmir: “Səbəb Bakı Ağır Cinayətlərə dair Məhkəmənin hakimi Novruz Kərimovun icazə verməməsidir. Hakim bu addımı hazırlıq iclasıyla əlaqələndirərək deyib ki, ilk prosesdə məsələ müzakirə olunacaq, ondan sonra baxarıq. Halbuki, bu, qanunvericiliyə ziddir”. Vəkil bildirib ki, hakim Novruz Kərimov əvvəllər MTN-də müstəntiq işlədiyindən bu nazirlikdən göndərilən bütün cinayət işlərə o baxır.

Qeyd edək ki, Pərviz Həşimli haqqında MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2- və 228.2.1-ci maddələri ilə cinayət işi açıb. Jurnalist 5 aydan çoxdur MTN-nin təcridxanasında saxlanılır.

Ana səhifəXəbərlərPərviz Həşimliyə vəkili ilə görüşə icazə verilmir