Pərviz Həşimlinin şikayəti təmin olunmadı

Şikayət jurnalistin işi üzrə qismən təkrar məhkəmə istintaqından imtina etməsi ilə əlaqədar verilib

Source:


Şikayət jurnalistin işi üzrə qismən təkrar məhkəmə istintaqından imtina etməsi ilə əlaqədar verilib

Bu gün Ali Məhkəmə jurnalist Pərviz Həşimlinin Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətini təmin etməyib. Şikayət Apellyasiya Məhkəməsinin onun işi üzrə qismən təkrar məhkəmə istintaqından imtina etməsi ilə əlaqədar verilib. Bu haqda Meydan.TV-yə onun vəkili Elçin Sadıqov məlumat verib.


“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs olunub.


Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu silah qaçaqmalçılığında təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.


P.Həşimlinin adı hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbuslar siyahısına daxil edilib.

Ana səhifəXəbərlərPərviz Həşimlinin şikayəti təmin olunmadı