Pərviz Həşimlinin məhkəməsi başlamadan təxirə salındı

Səhhəti pisləşən jurnalistin son günlər 3 dəfə bayıldığı bildirilir. Vəkilləri onun yerinin dəyişdirilməsi haqda vəsatət qaldırmağa macal tapmayıblar.

Source:

Səhhəti pisləşən jurnalistin son günlər 3 dəfə bayıldığı bildirilir. Vəkili onun yerinin dəyişdirilməsi haqda vəsatət qaldırmağa macal tapmayıblar.

Fevralın 27-də jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə məhkəmə prosesinə start verilib. Lakin cinayət işi üzrə ikinci təqsirləndirilən Təvəkkül Qurbanovun vəkili olmadığından proses təxirə salınıb.

Pərviz Həşimli məhkəmə zalında dəmir barmaqlıqlar arasında əyləşdirilsə də digər təqsirləndirilən isə sərbəst idi. Pərviz Həşimli prosesə başlamazdan 1 dəqiqəlik sükutla Xocalıda həlak olanların xatirəsini yad etməyi təklif edib. Lakin hakim Novruz Kərimov məhkəmənin siyasi söhbətlər yeri olmadığını bildirərək, təklifi rədd edib.

Vəkil Bəhruz Bayramov hakimə etirazını bildirərək 15 gündür ki, Milli Təhlikəsizlik Nazirliyində ona müdafiə etdiyi şəxslə görüşməyə imkan verilmədiyini deyib. Məhkəmə təxirə salındığından vəkil Pərvizin səhhətinin pisləşməsi səbəbindən yerinin dəyişdirilməsi və digər məsələlər haqda da vəsatət qaldırmağa macal tapmayıb. Onun sözlərinə görə, jurnalist son günlər 3 dəfə bayılıb. Pərviz də sağlıq durumunun yaxşı olmadığını, görmə qabiliyyətinin də pişləşdiyini deyib.

Növbəti məhkəmə prosesi martın 4-ü, saat 14-ə təyin olunub.

Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı və sair əldə etmə, saxlama, satma kimi əməllər təkrar törədildikdə ) maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamları qəbul etməyən jurnalist, fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bildirir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərPərviz Həşimlinin məhkəməsi başlamadan təxirə salındı