Pərviz Həşimlini Əli İnsanovun yanına göndərdilər

13 saylı Cəzaçəmə Müəssisəsi ölkənin ən ağır şəraiti olan “kolon”u kimi tanınır

Source:


13 saylı Cəzaçəmə Müəssisəsi ölkənin ən ağır şəraiti olan “kolon”u kimi tanınır

Tanınmış hüquqşünas və jurnalist Pərviz Həşimli saxlanıldığı Bakı İstintaq Təcridxanasından 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

Məlumatı jurnalistin vəkili Bəhruz Bayramov Moderator.az-a verib.

13 saylı Cəzaçəmə Müəssisəsi ölkənin ən ağır şəraiti olan “kolon”u kimi tanınır və Qaradağ rayonunun Güzdək qəsəbəsində, sözün həqiqi mənasında cəhənnəmi xatırladan bir ərazidə yerləşir. Vaxtilə tanınmış vəkil Qurban Məmmədov da 1998-2003- cü illərdəki həbs müddətinin son illərini orada keçirmişdi. İndi də keçmiş səhiyyə naziri Əli İnsanov orada cəza çəkir.

P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunaraq 8 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərPərviz Həşimlini Əli İnsanovun yanına göndərdilər