People in NEED: Erməniyönümlü mövqedə ittihamın arxasında Azərbaycan hakimiyyəti durur

“Erməniyönümlü mövqedə ittihamlar absurddur, çünki biz hökumətinin qanun normalarına uyğun hərəkət etməsinə, insan hüquqlarına hörmət etməsinə, hesabatlı və korrupsiyadan uzaq olmasına çalışan hər kəsi dəstəkləyirik”

Source:


“Erməniyönümlü mövqedə ittihamlar absurddur, çünki biz hökumətinin qanun normalarına uyğun hərəkət etməsinə, insan hüquqlarına hörmət etməsinə, hesabatlı və korrupsiyadan uzaq olmasına çalışan hər kəsi dəstəkləyirik”

Son günlər bəzi Azərbaycan KİV-ləri Çexiyanın People in Need (PIN) qeyri-hökumət təşkilatına qarşı qara piar kampaniyasına başlayıblar, təşkilatı erməniyönümlü adlandırırlar.

Bu əməllər PİN-in noyabrın sonlarında Batumidə Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti forumunda siyasi məhbuslar haqqında stend təqdim etməsindən sonra başlayıb.

“Erməniyönümlü mövqedə ittihamlar Azərbaycan təbliğatının istənilən tənqidi təkzib etmək və insan hüquqları sahəsindəki dəhşətli problemlərdən diqqət yayındırmaq üçün istifadə etdiyi köhnə metoddur. Bu, Azərbaycanda işləyən beynəlxalq təşkilatların hansı təzyiqlə qarşılaşmasının göstəricisidir”, deyə Pİn direktoru Şimon Panekin Turan agentliyinə göndərilmiş bəyanatında bildirilir.

Məsələn, Human Rights Watch və Amnesty International kimi məşhur və hörmətli təşkilatlar müntəzəm olaraq Azərbaycan mətbuatı tərəfindən qeyri-obyektivlikdə və erməniyönümlü mövqedə ittiham olunurlar.

PİN 2013-cü ildən etibarən Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləyir. Bu il Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalara başlayıb, ən məşhur hüquq müdafiəçilərini həbs edib və demək olar ki, bütün müstəqil QHT-ləri susdurub.

“Heç bir Şərqi Avropa ölkəsində, hətta Belarusda belə bir şey yoxdur”, deyə Panek qeyd edib.

1992-ci ildə yaradılmış PİN humanizm, azadlıq, bərabərlik və həmrəylik ideyalarına əsaslanır.

Təşkilat bütün ölkələrin beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünə hörmət edir və beynəlxalq normalar çərçivəsində fəaliyyət göstərir.

Müxtəlif yerlərdə və ölkələrdə işləyən təşkilat heç vaxt hər-hansı hökumətin mövqeyini təmsil etmir.

İnsan hüquqlarının müdafiəsi və dəstəklənməsi Avropa, Asiya, Afrika və Latın Amerikasında PİN-in əsas fəaliyyət prinsipləridir.

“Düşünürəm ki, erməniyönümlü mövqedə ittihamlar absurddur, çünki biz hökumətinin qanun normalarına uyğun hərəkət etməsinə, insan hüquqlarına hörmət etməsinə, hesabatlı və korrupsiyadan uzaq olmasına çalışan hər kəsi dəstəkləyirik”, deyə Şimon Panek qeyd edib (Turan İA).

Ana səhifəXəbərlərPeople in NEED: Erməniyönümlü mövqedə ittihamın arxasında Azərbaycan hakimiyyəti durur