Pentaqon üç Naməlum Uçan Obyekt videosu yayınlayıb

Videoların 2004 və 2015-ci illərdə pilotların təlimləri zamanı çəkildiyi bildirilir.

Source: Foto: arxiv


Bu videoların "açıqlanmayan hava fenomenlərini" əks etdirdiyi bildirilib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika donanmasının pilotları tərəfindən çəkilən üç UFO (Naməlum Uçan Obyekt) videosunu yayınlayıb, – BBC Türkcə xəbər verir.

Pentaqon əvvəlcədən sızdırılan bu görüntüləri videoların gerçək olub-olmadığı və videoda başqa şeylərin olmasına dair anlaşılmazlıqları aradan qaldırmaq üçün yayınladığını açıqlayıb.

Pentaqon internet səhifəsində bu videoların "açıqlanmayan hava fenomenlərini" əks etdirdiyini bildirib.

“2007 və 2017-ci illərdə icazəsiz yayımlanan bu videolardakı fenomenlərin hələ də tanımlanmayıb”,- Pentaqon açıqlamasında deyib.

Videoların 2004 və 2015-ci illərdə pilotların təlimləri zamanı çəkildiyi bildirilir.

Videolardan ikisi 2017-ci ildə “New York Times”, digəri isə Amerikanın özəl araşdırma şirkəti “To the Stars Academy of Arts and Science” tərəfindən yayınlanıb.

“The Guardian” Pentaqonun bu qərarının videoları legitimləşdirdiyini və insanların qeyri-dünya varlıqları ilə münasibətinə dair fərziyyələri artıra biləcəyini vurğulayıb.

ABŞ Dəniz Qüvvələrinin UFO bildirişləri üçün dərc edilmiş təlimatı mövcuddur.

Demokrat Partiyasının keçmiş senat rəhbəri Hari Reyd (Harry Reid) “Twitter” hesabında bu videoların bu sahədə “tədqiqat və materialların çox kiçik bir hissəsini əks etdirdiyini” qeyd edib.

Ana səhifəDünyaPentaqon üç Naməlum Uçan Obyekt videosu yayınlayıb