Pentaqon Türkiyə ilə Yunanıstan arasında baş verənlərdən narahatdır

Türkiyə Aralıq dənizinin şərqində qaz kəşfiyyatını davam etdirmək üçün çərşənbə axşamı Kastellorizo yaxınlığına Oruç Reis gəmisini göndərib.

Source: Foto: arxiv


“Donanmalar arasında karbohidrogen kəşfiyyatı ilə bağlı toqquşma silahlı qarşıdurmaya səbəb ola bilər”

Pentaqon Aralıq Dənizində Türkiyə və Yunanıstan arasında baş verənlərdən narahatlığını ifadə edib

Birləşmiş Ştatların Müdafiə Nazirliyinin nümayəndəsi cümə axşamı keçirilən mətbuat brifinqində “Aralıq dənizində baş verən bəzi hadisələrdən” narahatlığını ifadə edib.

Müdafiə Katibliyinin İctimaiyyətlə Əlaqələr üzrə Köməkçisi Conatan Rath Hoffman (Jonathan Rath Hoffman) Türkiyə və Fransanın “hər ikisinin NATO baxımından əhəmiyyətli müttəfiq olduğunu” qeyd edərək tərəflər arasında gərginliyin azaldığını görmək istədiyini əlavə edib.

“Pentaqon hər iki ölkənin birlikdə əməkdaşlığa davam etməsini və döyüş gəmiləri olmadan həll yollarının tapılmasını görmək istərdir”, – Hoffman əlavə edib.

Yunanıstan və Türkiyə donanmaları arasında Aralıq dənizinin şərqindəki karbohidrogen kəşfiyyatı ilə bağlı toqquşması silahlı qarşıdurmaya səbəb ola bilər, – “Reuters” xəbər verir.

Yunanıstan xəbər platforması Kathimerini bildirib ki, Yunan donanması Limnos Türk donanması Kamal Rəis ilə toqquşub. Bildirilir ki, Türk donanması ciddi zərər görüb. Ancaq Türkiyənin hökumətyönlü mediası bunun əksini iddia edərək, Limnosun ziyan çəkdiyini bildirib.

İnsident Aralıq dənizinin şərqindəki gərginliyin artması fonunda Aİ xarici siyasət idarəsinin rəhbəri Cosep Borelin (Josep Borrell) sədrliyi altında cümə günü təcili olaraq çağırılan Avropa Birliyi Xarici İşlər Şurasında müzakirə ediləcək.

Şuranın belə bir səlahiyyəti olmadığı üçün Türkiyəyə qarşı sanksiyalarla bağlı hər hansı bir qərar gözlənilmir. Bununla yanaşı 27-28 avqust tarixlərində Xarici işlər nazirlərinin qeyri-rəsmi sammitinin keçiriləcəyi gözlənilir.

Yunanıstanın Xarici işlər naziri Nikos Dendias və ABŞ-ın Dövlət katibi Mayk Pompeo da cümə günü Vyanada bir araya gələrək Türkiyə ilə Yunanıstan arasındakı son mübahisəni müzakirə edəcəklər.

Türkiyə Aralıq dənizinin şərqində qaz kəşfiyyatını davam etdirmək üçün çərşənbə axşamı Kastellorizo yaxınlığına Oruç Reis gəmisini göndərib.

ABŞ senatorları Robert Menendez və Kris Von Hollen (Chris Von Hollen) dövlət katibi Mayk Pompeoyu Türkiyənin Aralıq dənizinin şərqindəki qazma işlərini dayandırmaq üçün Aİ ilə əməkdaşlıq etməyə çağırmağa səsləyib.

“Türkiyə və Aralıq dənizinin şərqində qanunsuz hərəkətlər etməyə davam edərsə və beynəlxalq tribunal vasitəsi ilə bu məsələlərin həllini rədd edərsə, ABŞ və Avropa İttifaqı dərhal Türkiyə iqtisadiyyatının əsas sektorlarına tətbiq ediləcək hərtərəfli ortaq sanksiyalar planını hazırlamalıdır,” Menendez və Von Hollen Pompeonun Dendiasla görüşü öncəsi bildirib.

Bu həftənin əvvəli Fransa Prezidenti Emmanuel Makron Fransanın Aralıq dənizindəki hərbi iştirakını artıracağını deyib və Türkiyəni “birtərəfli” kəşfiyyat fəaliyyətlərini dayandırmağa və Yunanıstanla dialoqa çağırıb. Cümə axşamı günü iki fransız qırıcı təyyarəsi və bir dəniz donanması Krit adasında Yunanıstanla birgə hərbi təlimlər keçirib.

Cümə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefonla danışıb.

“Ərdoğan Merkelə verdiyi açıqlamada Türkiyənin Şərqi Aralıq dənizindəki məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli əsaslarla və dialoq çərçivəsində həll edilməsinin tərəfdarı olduğunu deyib”, – Prezident Administrasiyası bəyanatında bildirib.

Ana səhifəDünyaPentaqon Türkiyə ilə Yunanıstan arasında baş verənlərdən narahatdır