''Pensiyam hökumətin üzqarasıdır''

Şəkidə yaşayan Rəhimə Novruzəliyeva tənha qadındır. Həyatını danışdıqca, canındakı ağrılardan da gileylənir

28 yaşından eşitməsi zəifləyib, həyatının əngəlinə çevrilib. 2-ci qrup əlil olan qadın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova mətbuat vasitəsilə ünvanladığı şikayətindən sonra eşitmə aparatı ilə təmin olunub. Lakin onunla da eşidə bilmədiyini deyir.

Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyindən Rəhimə Novruzəliyevaya iki dəfə eşitmə aparatı verildiyi deyilir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, ona yolpulu da verilib ki, gəlib aparatı yoxlatdırsın. "Lakin Rəhimə Novruzəliyeva mərkəzə gəlmir", nazirlik sözçüsü belə deyir.

Eşitmə əngəlli qadının yaşayışını təmin etməsi də müşkülə çevrilib. Əlilliyinə rəğmən özü işləyib ehtiyaclarını qarşılamaq istəsə də, bütün qapıların üzünə bağlı olduğunu dönə-dönə vurğulayır. Ölkə başçısı İlham Əliyev 7 aprel 2016-cı ildə əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı sərəncam verib. Sərəncama əsasən, 68 rayonun hər biri üzrə 20 ailə seçilməklə, kiçik biznes təsərrüfatlarını qurmaq üçün onlara 4 min manat vəsait ayrılması nəzərdə tutulub.

Rəhimə Novruzəliyeva da bu şansı sınamaq üçün Şəki Məşğulluq İdarəsinə müraciət edib. Lakin təklifləri qəbul olunmayıb.

Elman Babayev deyir ki, 60 əlilliyi olan şəxs proqramdan yararlanıb:

“Vətəndaşa çörək alıb vermirik ki, ala bu çörəyi 5 manata, get 6 manata sat. Biz vətəndaşa çörək bişirmək üçün avadanlıqlar alıb veririk. O da başlayır çörək bişirib satmağa. O, əlavə dəyər yaradan hər hansı layihə göndərsə, keçəcək. O deyir ki, mənim kitab mağazam var, kitab alın verin, mən də onun üstünə pul qoyub satım. Özünəməşğulluq proqramına nə aidiyyatı var bunun?”

Rəhimə Novruzəliyevanın yaşamaq üçün işə ehtiyacı var. Deyir ki, dövlətin ona 2-ci qrup əlil kimi verdiyi pensiya yaşayışına yetmir.
“Bu YAP hakimiyətinin mənə verdiyi 55 manatdır. Milli Məclisin də hökumətin də üzqarasıdır, bu”.

Eşitmə əngəlli Rəhimə Novruzəliyeva hiyatal yırtıq xəstəliyindən əziyyət çəkir. İşləmədiyindən səsini duyurmaq üçün Bakıya getməyə də maddi gücü çatmır. Problemlərini yazıb Birinci vitse-prezident Mehriban Əliyevaya göndərib və hələ də göndərir.

Çəkilişdən sonra Şəki Məşğulluq Mərkəzinə müraciət edən qadına 2018-ci ildə layihədə iştirakının təmin olunacağı deyilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q21rt9

Ən çox baxılan