”Pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxu vəfat edir”

Qubad İbadoğlu: ”Gözlənilən pensiya ödənişi müddətinə görə Azərbaycan MDB-də yalnız Tacikistandan irəlidədir”

Foto: arxiv
Pensiyaçılar
Pensiyaçılar


Qubad İbadoğlu: ”Gözlənilən pensiya ödənişi müddətinə görə Azərbaycan MDB-də yalnız Tacikistandan irəlidədir”

“Azərbaycanda gözlənilən pensiya müddəti 7,5 ildir. Bu göstəriciyə görə MDB məkanında yalnız Tacikistan bizdən geri qalır”.

İqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil, həm də pensiyaya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır:

“Bu göstərici Azərbaycanda 7,5 ildir. MDB məkanında yalnız Tacikistan bizdən geri qalır. Belarus isə 14 pillə irəlidə gedir. Gözlənilən pensiya ödənişi müddəti İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir”.

Rəsmi açıqlamalara görə, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. İqtisadçı müqayisə üçün deyib ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub:

“Pensiya sahəsində digər bir problem, Azərbaycanda vəfat edənlərin 30,72 faizi pensiya yaşına (60 yaşa) çatmamış dünyasını dəyişməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici kişilər arasında 38,27 faiz, qadınlar arasında 22,11 faiz, kənd yerlərində 27,41 faiz, şəhərdə 33,47 faiz olub. Hesablamalar göstərir ki, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-i təqaüd almadan dünyasını dəyişəcək”.

Ana səhifəXəbərlər”Pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxu vəfat edir”