Pensiya ilə bağlı təklifin detalları məlum olub

Rövşən Ağayev

Rövşən Ağayev

Rövşən Ağayev: ''İndiki orta ömür uzunluğu ilə müqayisədə 65 pensiya yaşı kişilər üçün yüksəkdir''

Yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum staj tələbinin dəyişdirilməsi ilə bağlı qanunvericiliyə təklif olunan təklifin detalları məlum olub.

Bu barədə öz “Facebook” hesabında yazan iqtisadçı Rövşən Ağayev qaydalar haqqında məlumat verib:

“Hazırkı qayda belədir: tələb olunan pensiya yaşına çatan şəxslər (hazırda kişilər üçün 63, qadınlar üçün 60) üçün 2 tələbdən biri ödənməlidir:

1) ya ən azı 25 il sığorta stajı olmalı;

2) ya da pensiyaya çıxmaq üçün müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının həcmi minimum pensiya almağa imkan verməlidir. Hazırda minimum pensiya 110 manatdır. Bu məbləğin yaranması üçün, şəxsin pensiya kapitalının həcmi hazırkı dövrə 15840 manat olmalı idi.
Hazırkı reallıqda minlərlə insanın bu tələbi ödəyə bilmədiyindən pensiyasız qalmaq riski böyük idi.

Yeni dəyişiklik belədir: Pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə barabər götürələcək. Pensiya kapitalı isə əvvəlki əmsal-məbləğ əsasında hesablanacaq. Yəni 2006-cı ilin yanvarın 1-dək olan staj illərinin sayı 306 manata vurulacaq və bu şəxsə 7650 manat pensiya kapitalı qazandıracaq”.
İqtisadçı deyir ki, 2005-ci ildən sonrakı dövr üçün isə pensiya kapitalının ümumi həcmi belə hesablanır:

“1) 2006 yanvar-2017 iyun tarixində toplanmış sığorta kapitalı 80 faiz artırılır, ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;

2) 2017-ci iyul-2018 dekabradək toplanmış sığorta kapitalının 90 faizi götürülür və alınan rəqəm yenə ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür;

3) 2005-ci ilin sonunadək müəyyən edilən 7650 manat da nəzərə alınmaqla 2006-2018-ci illərdə toplanan kapitalın həcmi ümumi məbləğ gözlənilən pensiya ödənişi müddətinin sayına bölünür və pensiyanın həcmi tapılır.

Bir sözlə, 25 illik staj tələbi həll edildi, amma vacibdir ki, 2018-cil ilin iyul ayınadək fərdi hesabda qeydə alınmış pensiya kapitalı olsun.

Yeri gəlmişkən bu qayda 2019-2020-ci ilərdə yaşa görə pensiyaya çıxanlara aiddir. 2021-cii ildən başlayaraq isə 25 illik güzəşt hər il 1 il azaldılacaq. Məsələn, 2025-ci ildə artıq 2006-cı ilə qədər sığorta stajı 25 il yox, 20 il götürüləcək. Yerə qalan 5 ilin isə 2006-cı ildən sonrakı dövrdə qazanılması vacibdir.
Sığorta stajı məsələsi demək olar həllini tapdı”.

Rövşən Ağayev deyir ki, indiki orta ömür uzunluğu ilə müqayisədə 65 pensiya yaşı kişilər üçün yüksəkdir:

“Ən azından 2030-cu ilə qədər 63 yaş səviyyəsində saxlanması məqbuldur. Müəyyən peşə xəstəliyi tutmaq riski yüksək olan sahələr var ki, onların da erkən pensiyaya çıxmaq hüququ tanınmalıdır. Bu, xüsusən müəllimlərə aiddir. Məsələn, minimum 35 il staj toplayan müəllimləri, özləri istədikdə pensiyaya çıxarmaq mümkündür. Amma burda vacib məsələlərdən biri odur ki, müəllimlərin pensiyası onların aylıq maaşına faizlə bağlansın və həbçilərdə, deputatlarda, məmurlarda olduğu kimi maaşların 70-80 faizdən az olmasın. Türkiyədə olduğu kimi onlara hesablanmış pensiyanın 1 illiyi həcmində birdəfəlik müavinət verilsin”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6rfx8v

Ən çox baxılan