Penitensiar Xidmət NİDA-çıların aclıq aksiyası keçirmədiyini iddia edir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan gənclərin aclıq keçirməsi barədə məlumatların yalan olduğunu bəyan edib

Source:


Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan gənclərin aclıq keçirməsi barədə məlumatların yalan olduğunu bəyan edib

APA-nin yaydığı məlumatda bildirilir ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər – Rəşadət Axundov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzimov, Üzeyir Məmmədli və Şahin Novruzlunun aclıq aksiyası keçirmələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

“Təqsirləndirilən şəxslərin vəkillərinə və ailə üzvlərinə istinadən yayılan bu məlumatlarda onların guya 13 gündür ki, qidadan imtina etmələri iddia olunur. Bununla əlaqədar bildiririk ki, adları qeyd olunan səkkiz nəfər məhkum tərəfindən saxlanıldıqları müəssisənin rəhbərliyinə qidadan imtina etmələri barədə heç bir rəsmi müraciət ünvanlanmayıb və həmin şəxslər saxlanıldıqları kameralarında normal qida qəbul edirlər. Bu şəxslərin sağlamlıqları və fiziki durumlarında problemlər qeydə alınmayıb”.

Ana səhifəXəbərlərPenitensiar Xidmət NİDA-çıların aclıq aksiyası keçirmədiyini iddia edir