Penitensiar Xidmət Əfqan Muxtarlının “kars”a salınması xəbərini təkzib edir

Mehman Sadıqov bildirib ki, daxili qaydalara görə aclıq edən məhbusu digərlərindən ayırıb Tibb Sanitariya hissəsinə göndərirlər.

Source:


“Aclıq edən məhbuslar Tibb Sanitariya hissəsinə göndərilirlər”

“Jurnalist Əfqan Muxtarlının “kars”a salınması haqqında məlumat yalandır”.

Bunu Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr üzrə şöbənin rəisi Mehman Sadıqov Meydan TV-yə deyib.


Əfqan Muxtarlı

nın cərimə təcridxanasına (“kars”) salınması barədə məlumatı sentyabrın 23-də NİDA hərəkatının koordinatoru Samir Əsədli paylaşıb.

Mehman Sadıqov bildirib ki, daxili qaydalara görə aclıq edən məhbusu digərlərindən ayırıb Tibb Sanitariya hissəsinə göndərirlər.

“Amma bu, cərimə təcridxanası deyil. Ümumiyyətlə, Əfqan Muxtarlının cərimə təcridxanasına salınması haqda məlumat doğru deyil”.

Vəkil Nemət Kərimli isə bu gün Əfqan Muxtarlı ilə görüşməyə cəhd edəcəyini bildirir.

Vəkil bu barədə “Facebook” səhifəsində məlumat paylaşıb.

“16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbus, 3 gündür aclıq edən Əfqan Muxtarlı yanına gəlməyi xahiş edib. 20 sentyabrda mənə qarşı orada zorakılıq, qeyri-qanuni hərəkətlər olmasına baxmayaraq vəkillik borcumu yerinə yetirmək üçün dostumla günün birinci yarısı görüşə gedəcəm”.

Məlumata görə Əfqan Muxtarlı aclıq aksiyasına sentyabrın 21-də başlasa da, bu barədə ərizəni sentyabrın 22-də təqdim edib.

Vəkil Nemət Kərimli sentyabrın 20-də müvəkkilinin saxlanıldığı həbsxanada təzyiqlə üzləşdiyi haqda açıqlama yaylb. Onun sözlərinə görə, həbsxana rəisinin müavini tərəfindən təzyiqə məruz qalıb, 45-50 dəqiqə otaqların birində girov saxlanılıb.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub. Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Ana səhifəSiyasətPenitensiar Xidmət Əfqan Muxtarlının “kars”a salınması xəbərini təkzib edir