PEN Xədicə İsmayılı mükafatlandırdı

Mükafat jurnalistin dostu və həmkarı Emin Milliyə təqdim olunub

Source:

Mayın 5-də həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatına – PEN/Barbara Goldsmith mükafatına layiq görülüb. Təqdimat mərasimi Nyu-Yorkda keçirilib. Mükafatı Xədicə İsmayılın adından dostu, Meydan TV-nin rəhbəri Emin Milli alıb. “PEN/Barbara Goldsmith” illik mükafatdır, həbsdə olan yazarlara verilir. Təşkilat Xədicə İsmayıldan bəhs edən film də çəkib.

Xatırladaq ki, Xədicə İsmayıl ötən ilin dekabrında həmkarını intihar həddinə çatdırma ittihamı ilə həbs ediblər. Onu jurnalist Tural Mustafayevin şikayəti əsasında tutublar. Amma o sonradan şikayət ərizəsini geri götürməsi ilə bağlı prokurorluğa müraciət edib.

(embedded content removed)

Ana səhifəXəbərlərPEN Xədicə İsmayılı mükafatlandırdı