Pedro Arqamunt: Azərbaycan hökuməti əməkdaşlığa açıqdır

“AŞPA Azərbaycan hökuməti ilə konstruktiv siyasi dialoqu davam etdirir”

Source:

“AŞPA Azərbaycan hökuməti ilə konstruktiv siyasi dialoqu davam etdirir”

“AŞPA insan haqları, demokratiya və hüquqi dövlət sahəsində üzərinə düşən beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün Azərbaycan hökuməti ilə konstruktiv siyasi dialoqu davam etdirir”.

“Turan”-nın məlumatına görə, bunu iyunun 20-də AŞPA prezidenti Pedro Aqramunt Strasburqda Assambleyanın yay sessiyasının açılışında bildirib.

O, jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsini alqışlayıb.

Aqramunt qeyd edib ki, bu il bir sıra siyasi məhbuslar azad edilib.

“Bu, çox yaxşı təşəbbüsdür və Azərbaycan hökumətinin əməkdaşlığa açıq olduğunu göstərir”, deyə Aqramunt qeyd edib.

Ana səhifəXəbərlərPedro Arqamunt: Azərbaycan hökuməti əməkdaşlığa açıqdır