Paytaxtda qeyri-rəsmi 16 min taksi fəaliyyət göstərir

”Sürücülərə qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb”

Source:


”Sürücülərə qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb”

Taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb.

Bu barədə məlumatı “APA-Ekonomics”ə Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimli verib. Onun sözlərinə görə, son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb:

“Təqribi hesablamalara əsasən, hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir. Taksi xidmətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də duracaqların yaradılması ilə bağlıdır. Bu məsələnin həlli şəhərin tıxac probleminin aradan qaldırılması baxımından da önəmlidir. Aparılan araşdırmalarla Bakı şəhərində ümumilikdə 160 taksi duracağı təsbit edilib. Artıq bu duracaqlardan 79-u invertarlaşdırılaraq sürücülərin ixtiyarına verilib. Digər duracaqlarla bağlı da iş davam etdirilir. Duracaqların invertarlaşdırılması zamanı əsas diqqət bu məntəqələrin yerləşdiyi ərazidə digər hərəkət iştirakçıları üçün maneə yaratmasıdır”.

BNA rəhbəri deyir ki, qurum taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə müəyyən tədbirlər həyata keçirib.

Ana səhifəXəbərlərPaytaxtda qeyri-rəsmi 16 min taksi fəaliyyət göstərir