Paytaxtda 16 mərtəbəli bina yanır (yenilənir)

Azadlıq prospektində baş verən güclü yanğınla bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Source:


Azadlıq prospektində baş verən güclü yanğınla bağlı nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Azadlıq prospektində yerləşən binada baş verən yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakıda çoxmərtəbəli bina yanır. Bina Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Məlumata görə, binanın üzlüyü alışıb.

Binada yanğını söndürmək mümkün olmur. Binada yaşayan əhali təxliyyə olunur. Sosial şəbəkələrdə yayılan məlumata görə əraziyə təcili tibbi yardım maşınları cəlb olunub.

Yanan binada jurnalist Sevinc Fədai və körpəsinin də qaldığı bildirilirdi. Jurnalistin həyat yoldaşı, Mövlud Mövludun

Lent.az

-a verdiyi məlumatına görə, artıq hər ikisi xilas ediliblər. Ana və körpəsinin vəziyyəti yaxşıdır.

Ana səhifəXəbərlərPaytaxtda 16 mərtəbəli bina yanır (yenilənir)