Paytaxta yağış, bölgələrə qar yağacaq

Bakı və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı gözlənir

Source:
Yağmurlu hava (arxiv foto)
Yağmurlu hava (arxiv foto)


Dekabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı gözlənir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 3-5, gündüz 8-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti proqnozlaşdırılır.

Ana səhifəXəbərlərPaytaxta yağış, bölgələrə qar yağacaq