Paytaxt rəhbərliyi müsavatçı gənclərin piket keçirməsinə icazə vermədi

Təşkilatın sədri Elman Quliyev BŞİH-in piketə icazə verməməsini sərbəst toplaşma azadlığının pozulması kimi qiymətləndirib.

Source:


Müsavat Partiyasının Gənclər Təşkilatı İran səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırırdı

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Təşkilatının (MGT) iyulun 17-də saat 13.00-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında keçirmək istədiyi piketə icazə verməyib.

Məlumatı müsavatçı gənclər “Facebook”da yayıb.

Bildirilib ki, müsavatçı gənclər Ermənistanın İranla birgə silah istehsalına etiraz etmək üçün iyulun 17-də İran səfirliyi qarşısında piket keçirməyi planlaşdırıblar. Ancaq icra hakimiyyəti səfirliyin yerləşdiyi ərazinin nəqliyyatın və vətəndaşların intensiv hərəkət etdiyini nəzərə alaraq toplantının təhlükəsizliyinə təminat vermədiyini qeyd edib. İcra hakimiyyəti gənc müsavatçılardan səfirliyə mövqelərini yazılı şəkildə çatdırmağı tövsiyə edib. İcra hakimiyyəti “Sərbəst toplaşmaq haqqında” qanunun 5-ci maddəsinin II, 7-ci maddəsinin I və IV hissələrini rəhbər tutaraq piketin keçirilməsini məqsədəyğun saymayıb.

Təşkilatın sədri Elman Quliyev BŞİH-in piketə icazə verməməsini sərbəst toplaşma azadlığının pozulması kimi qiymətləndirib. MGT sədri deyib ki, rəsmi Bakı İran və Ermənistan arasında hərbi əməkdaşlığa etiraz etməli, bunun qarşısını almaq üçün təsirli tədbirlər görməlidir.

67348307_2551445268219084_5707659623943634944_n.jpg
İcra hakimiyyətinin cavab məktubu
Ana səhifəXəbərlərPaytaxt rəhbərliyi müsavatçı gənclərin piket keçirməsinə icazə vermədi