Dövlət katibi sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.
ABŞ Dövlət Departamentinin məlumatına görə, danışıq zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün vacibliyinə toxunulub.
Dövlət katibi Blinken tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.
Həmçinin onlar ABŞ-Ermənistan münasibətlərinin genişlənməsini, enerji, ticarət, investisiya və təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər.
Dövlət katibi Ermənistan xalqına və daha geniş Qafqaz regionuna fayda verən firavan, demokratik və müstəqil Ermənistanı dəstəklədiklərini deyib.
ABŞ dövlət katibi daha öncə – iyulda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşünə ev sahibliyi və vasitəçilik etmişdi. O vaxt danışıqlarda irəliləyişə nail olunmadığı bildirilmişdi.
Əlavə etmişdi ki, onlar “çətin seçim və kompromislərə getmələri üçün tərəflərə təzyiq göstərir”.