Paşinyan: Yerevan Bakıya Naxçıvan üçün nəqliyyət dəhlizi verməyəcək

“Bəyanatlarda Ermənistan ərazisindən keçəcək hər hansı dəhlizdən söhbət getmir”

Foto: Meydan TV



“Bəyanatlarda Ermənistan ərazisindən keçəcək hər hansı dəhlizdən söhbət getmir"

“Ermənistan bölgədəki kommunikasiyaların blokadasının aradan qaldırılmasına hazırdır, ancaq Azərbaycana Naxçıvan Muxtar Respublikası ilə əlaqə yaratmaq üçün öz ərazisindən nəqliyyat dəhlizi verməyəcək”. Bu haqda avqustun 24-də parlamentdə Baş nazir Nikol Paşinyan

bəyan edib

.

"Ermənistan hökuməti Baş nazir müavinlərinin üçtərəfli işçi qrupunun fəaliyyətinə 30 ildir davam edən blokadanın aradan qaldırılması üçün ciddi imkan kimi baxır. Əlbəttə, bu, sadə proses deyil, o, Azərbaycan tərəfinin hansısa dəhlizlərlə bağlı destruktiv və təxribatçı bəyanatları ilə daha da dərinləşir. Mən dəfələrlə bildirmişəm ki, 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar bəyanatlarında Ermənistan ərazisindən keçəcək hər hansı dəhlizdən söhbət getmir ", – Paşinyan bildirib.

“Necə ki, Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya və İrana, eləcə də Azərbaycan Ermənistan ərazisindən keçməklə özünün şərq bölgələri (əsas ərazilər və Naxçıvan) ilə kommunikasiya üçün yol əldə etməlidir", – o, bildirib.

Paşinyan həmçinin bəyan edib ki, Qarabağ müharibəsi zamanı Ermənistan 3773 hərbçisini itirib, daha 243 nəfər itkin düşüb.

Ana səhifəSiyasətPaşinyan: Yerevan Bakıya Naxçıvan üçün nəqliyyət dəhlizi verməyəcək