Ermənistan parlamentinin spikeri Alen Simonyan bunun səbəbini açıqlamayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli jurnalistlərə bildirib.
Ancaq Baş nazirin Moskvaya getməməsinin səbəbi açıqlanmayıb.
Mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçiriləcək.
Martın 15-17-də Rusiyada Prezident seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin səslərin 87,28 faizini toplayıb.
Digər namizədlər Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutskinin isə 3,20 faiz səs topladığı bildirilirdi.
Prezident seçkilərində seçici fəallığı 77,49 faiz olub.