Paşinyan: Orduda vəziyyət acınacaqlıdır, oğlum vaxtaşırı zəng edib nəsə istəyir

Baş nazir əsgər yeməyinin keyfiyyətsiz olduğundan gileylənib

Source:
Ermənistanın Baş naziri Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan

“Orduda yeməyin keyfiyyətindən narazıyam. Dəfələrlə hərbi hissələrdə olmuşam və dadmaq üçün əsgər yeməyi istəmişəm. Bu dəhşətdir. Hazırda bu problemə ciddi diqqət yetiririk, amma nəzərə almaq lazımdır ki, məsələ böyük olduğuna görə onu bir günə həll etmək mümkün deyil”.

Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 20-də keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir orduda əsgər yeməyinin acınacaqlı vəziyyətdə olduğunu söyləyib.

Paşinyan daha sonra deyib ki, hazırda hərbi xidmətdə olan oğlu vaxtaşırı zəng edib, nəsə istəyir: “Bu cür telefon zəngləri ümumi sistem üçün şokdur və ordudakı şəraiti əks etdirir”.

Paşinyanın oğlu hazırda Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsində xidmət edir.

Paşinyan həmçinin qeyd edib ki, siyasi inqilabdan sonra hökumətin qarşısında duran əsas məsələ iqtisadi inqilabı gerçəkləşdirmək olacaq.

O, hesab edir ki, son yarım il ərzində hökumətin əldə etdiyi ən böyük nailiyyət, ölkədə monopoliyanın ləğv edilməsi və korrupsiya ilə mübarizə olub.

Ən böyük uğursuzluq isə dağ-mədən sahəsində yaranmış vəziyyətdir ki, bu investisiya ətrafında mənfi fon yaradır.

Dekabrın 9-da Ermənistanda vaxtından əvvəl parlament seçkisi keçirilməlidir.

Paşinyanın başçılıq etdiyi “Mənim addımım” bloku digər qüvvələrin liderlərinin də iştirak edəcəkləri halda, seçkiqabağı teledebatlara qatılmağa hazır olduğunu bəyan edib.

Ana səhifəXəbərlərPaşinyan: Orduda vəziyyət acınacaqlıdır, oğlum vaxtaşırı zəng edib nəsə istəyir