Rəsmi Bakı Paşinyana cavab verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter” səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərinə reaksiya verib.
Nazirlik yazıb ki, Ermənistan 2020-ci il noyabrın 1-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır:
“20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil”.
Ermənistan-Azərbaycan sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin açıqlması təklif olunur
Rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədində 3 keçid məntəqəsinin açılması ilə bağlı layihəyə Azərbaycandan müsbət cavab gözlədiyini deyir.
Bunu Emənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter” hesabında yazıb.
“Artıq bir neçə aydır ki, Ermənistan hökumətinin Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə qərarı dərc olunub. Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”, – deyə Baş nazir vurğulayıb.
Avqustun 18-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edən layihəni dərc edib.
Layihə şəxslərin, malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsini təşkil etmək və həyata keçirmək üçün Ermənistanın dövlət sərhədində yeni buraxılış məntəqələrinin yaradılmasını əhatə edir.
Ermənistanın rəsmi mediası yazır ki, Ermənistan-Azərbaycan sərhədi istiqamətində Qeqarkunik rayonunda (M11 avtomobil yolu Sotk icmasından Ermənistanın dövlət sərhədinə qədər), Ararat rayonunda (Yerasx icması şossesi), Sünik rayonunda (Yeni keçid məntəqələrinin yaradılması planlaşdırılır.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hələ ki məsələyə münasibət bildirməyib.
XİN rəsmisi Leyla Abdullayeva Meydan TV-yə deyib ki, Ermənistanın Baş nazirinin fikirləri ilə bağlı rəsmi açıqlama olarsa, ictimaiyyətə təqdim ediləcək.
Azərbaycanın Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada MDB dövlət başçılarının toplantısında demişdi ki, Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir:
“Halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.