Nikol Paşinyan

Mənbə: Meydan TV

Başlıq: Nikol Paşinyan

Paşinyan istefa verdi

“Biz vətəndaşlardan aldığımız hakimiyyəti ona qaytarırıq ki...”

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verdiyini açıqlayıb.

Bu barədə Baş nazir aprelin 25-də xalqa müraciətində bildirib.

O bildirib ki, mövcud konstitusiyanın tələbinə görə iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə əsasən istefa verir:

“Mən bu gün istefa verməyə bilməzdim, amma qərara gədim ki, Vətəndaş günü bu addımı atım. Beləliklə, biz vətəndaşlardan aldığımız hakimiyyəti ona qaytarırıq ki, o, azad, ədalətli və rəqabətli seçkilərlə gələcək hakimiyyətin taleyini həll etsin”.

Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsinin vacib olduğunu deyib:

“Çünki 2020-ci ildə Ermənistan ciddi sınaqlardan keçib. Seçkilər xalqın keçmiş hadisələrlə bağlı fikirlərini ifadə etmək, gələcək talelərini qiymətləndirmək və təyin etmək üçün bir vasitədir”.

Baş nazir hələ ötən ilin sonunda növbədənkənar seçkilərin keçirilməsini təklif etdiyini vurğulayıb:

“Ancaq bəzi dairələr hökumətin taleyinin "elit", qapalı binalarda həll edilməli və xalqın bundan təcrid olunmalı olduğuna inanırdılar. Həmin qüvvələr bu şəkildə davranırdılar, çünki xalqın etimadını təmin etmək üçün heç bir şansları olmadığını başa düşdülər”.

Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə erkən seçkilər parlamentin buraxılmasından 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.

Nikol Paşinyan 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulub.

O, 2012-ci ildən 2018-ci ilədək Ermənistan parlamentinin üzvü olub. 2018-ci ildə rəhbərlik etdiyi məxməri inqilab nəticəsində Serj Sarkisyan hakimiyyətinin devrilməsinə nail olub və həmin il mayın 8-dən Ermənistanın Baş naziri vəzifəsini daşıyır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oya2u4

Ən çox baxılan