Paşinyan: “Ən böyük səhvimiz Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığımızı xalqa izah etməməyimizdir”

Source: Meydan TV

“Madrid prinsiplərinə görə, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün deyib ki, “müstəqillik illərində Dağlıq Qarabağ konsepsiyasını əsaslı şəkildə nəzərdən keçirmək lazımdır”.

İki mərhələ var: Madrid prinsiplərindən əvvəl və ondan sonra. Madrid prinsiplərinə qədər Ermənistan tərəfinin mövqeyi belə idi ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və Sovet İttifaqının dağılması şəraitində öz müqəddəratını təyin etmək hüququndan istifadə edib.

Madrid prinsipləri 2007-ci ildə, hakimiyyətin keçidi zamanı, Serj Sarkisyan Baş nazir, Robert Köçəryanın isə prezident olduğu dövrdə yaranıb. Onlar ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini vurğuladılar. Müəyyən edilib ki, Dağlıq Qarabağın statusu hansısa mexanizmlə aydınlaşdırılmalı və bu da Azərbaycanla razılaşdırılmalıdır. Bu hissədə ciddi konseptual dəyişikliklər baş verib”, – Nikol Paşinyan parlamentdə deyib.

“Öz müqəddəratını təyinetmə bir yerdə olmaq və öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək başqa yerə köçmək deməkdir. Madrid prinsiplərindən əvvəl bu yer Sovet İttifaqı, Madrid prinsiplərindən sonra Azərbaycan idi. Madrid prinsiplərinə görə, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”, – Paşinyan əlavə edib.

O qeyd edib ki, onların hökumətinin “ən böyük səhvi” 2018-ci ildən sonra bunu xalqa izah etməmələridir.

Ana səhifəXəbərlərPaşinyan: “Ən böyük səhvimiz Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığımızı xalqa izah etməməyimizdir”