Nikol Paşinyan

Mənbə: meydan tv

Başlıq: Nikol Paşinyan

Paşinyan: Bizim ən böyük uğurumuz demokratiyanın inkişafıdır

''Ermənistan demokratik ölkə olaraq qəbul edilir''

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, onun hakimiyyətinin ilk 14 ayı zamanı ən əhəmiyyətli müvəffəqiyyəti ölkədə demokratiyanın davamlı inkişafı olub, - Azadlıq Radiosu xəbər verir.

"Mənim anlamımda ən böyük nailiyyət demokratiyadır, Ermənistanın demokratik imicidir və bugünkü dünyada Ermənistan demokratik ölkə olaraq qəbul edilir,"- Paşinyan iyulun 17-də müsahibəsi zamanı bildirib.

"Demokratik seçkilər 2018-ci ildə Ermənistanda keçirildi. İlk dəfə olaraq, nəticələr sorğulanmadı. Bu, Ermənistan tarixində müstəsna bir hal idi və mən bunu böyük uğur hesab edirəm".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/34t96l

Ən çox baxılan