''Ermənistan demokratik ölkə olaraq qəbul edilir''
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, onun hakimiyyətinin ilk 14 ayı zamanı ən əhəmiyyətli müvəffəqiyyəti ölkədə demokratiyanın davamlı inkişafı olub, – Azadlıq Radiosu xəbər verir.
"Mənim anlamımda ən böyük nailiyyət demokratiyadır, Ermənistanın demokratik imicidir və bugünkü dünyada Ermənistan demokratik ölkə olaraq qəbul edilir,"- Paşinyan iyulun 17-də müsahibəsi zamanı bildirib.
"Demokratik seçkilər 2018-ci ildə Ermənistanda keçirildi. İlk dəfə olaraq, nəticələr sorğulanmadı. Bu, Ermənistan tarixində müstəsna bir hal idi və mən bunu böyük uğur hesab edirəm".