Paşinyan: “Biz sərhəd qoşunlarının səlahiyyətlərini Rusiyaya təhvil verməyə hazırıq”

N.Paşinyan. Mənbə: “armenpress”

“Qoy Bakı kimi istəyir nümayəndə seçsin”

“Biz sərhəd qoşunlarının səlahiyyətlərini Rusiyanın sərhəd qoşunlarına təhvil verməyə hazırıq”. Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” hakim partiyanın oktyabrın 29-u keçirilən qurultayında bəyan edib.

O, Rusiya Prezidenti Putinin 2020-ci il noyabrın 10-u vermiş fərmanından bir parça sitat gətirib. Fərmanın “Dağlıq Qarabağda sülhün təmin olunması üzrə tədbirlər haqda” başlıqlı üçüncü maddəsi kommunikasiyalarla bağlıdır. “Üçüncü maddə Ermənistanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat xəttinin təmin olunması barədədir. Yəni orada yazılıb ki, bunu Ermənistan təmin edir, Rusiya isə vasitəçi kimi nəzarəti həyata keçirir.

“Burada başqa şərhdən söz gedə bilməz. Biz bunu günü bu gün gerçəkləşdirməyə hazır olduğumuzu deyirik, lakin qoy başqa gözləntilər olmasın”, – Paşinyan əlavə edib.

“Digər məsələ də var: Azərbaycan bəyan edir ki, əgər Azərbaycan vətəndaşları qərb regionlarından keçərkən erməni gömrükçüləri və sərhədçiləri ilə ünsiyyət qurmalı olarsa, bu, münaqişə fonunda mübahisəli vəziyyət yaradacaq, – Paşinyan vurğulayıb- Deyirlər ki, sərhəddə qoy rusiyalı sərhədçilər dayansın. Biz gözləntiləri anlaya biləyəcəyimizi söyləyirik, lakin üçtərəfli işçi qrupunda belə danışılıb ki, bütün razılaşmalar paritet, mütənasiblik prinsipinə əsaslanacaq. Burda paritet pozulur. Əgər azərbaycanlı erməni sərhədçisi ilə ünsiyyət qurmursa, onda erməni də azərbaycanlı sərhədçi ilə danışmamaılıdır”.

Baç nazir yeni çözüm təklif etdiklərini deyib:

“Bu maddədə göstərilmiş xidməti digər təşkilatlara və ya ölkələrə təhvil verək və sərhəddə operatorların dayanması ilə bağlı razılığa gələk. Yəni üçüncü tərəf olsun. Biz bu səlahiyyətləri Rusiyanın sərhəd qoşunlarına təhvil verməyə hazır olduğumuzu deyirik. Qoy Bakı kimi istəyir nümayəndə seçsin. Məsələn, Türkiyəni seçə bilər. Ya da qoy erməni xidmətləri Ermənistan tərəfdə dayansın, azərbaycanlılarsa Azərbaycanda”, – Paşinyan bəyan edib.

Ana səhifəDünyaPaşinyan: “Biz sərhəd qoşunlarının səlahiyyətlərini Rusiyaya təhvil verməyə hazırıq”