Paşinyan: Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib

Azərbaycan Müdafiə Nazirliyi: ”Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması danılmaz faktdır”

Source:
Nikol Paşinyan
Nikol Paşinyan


Azərbaycan Müdafiə Nazirliyi: ”Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması danılmaz faktdır”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistanın Baş naziri

Nikol Pashinian

Facebook istifadəçilərindən birinin sualına cavab verərkən bildirib ki, Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib.

Söhbət

Naxçıvan

istiqamətində 2018-ci ilin may ayında keçirilən əməliyyatdan gedir. Azərbaycan əməliyyat nəticəsində strateji yüksəkliklərin ələ keçirilməsi və nəticədə 11 min hektar ərazinin azad edilərək, nəzarət altına götürüldüyünü bəyan edib.

İyunun 26-da birbaşa efir zamanı Baş nazir Facebook istifadəçilərinin suallarına cavab verirdi.

İstifadəçilərdən biri – Samvel Zaxalyan yazırdı ki, Pashinian Naxçıvan sərhədində baş vermiş hadisələri hələ də şərh etməyib.

Pashinian bildirib ki, “Azərbaycanın hazırda malik olduğu ərazilər həmişə onun nəzarətində olub və buna görə də Ermənistan tərəfinin hər hansı ərazi itirdiyini iddia etmək absurddur”.

Bununla belə Pashinian etiraf edib ki, mövqelərin müəyyən dəyişməsi baş verib.

Bunun ardınca Pashinian yazıb: “Azərbaycanın Yerevan-Laçın şosesinin nişangah altına götürülməsi barədə bəyanatına gəlincə, bilməyənlər üçün deyim ki, bu yol 1992-1993-cü illərdən bəri nişangah altındadlr və bu yola nəzarət məsələsində qətiyyən dəyişiklik baş verməyib”.

Bununlar belə Ermənistanın Baş naziri müəyyən şeyləri etiraf etməli olub.

“Naxçıvan istiqamətində mövqelərin müəyyən dəyişməsi baş verib, lakin bizim hər hansı ərazilərimizin itirilməsi barədə iddialar sadəcə olaraq absurddur”.

İyunun 27-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Baş nazirinin dediklərinə reaksiya verib.



Report

” agentliyinin yazdığına görə, nazirlikdən bəyan ediblər ki, Naxçıvan istiqamətində Azərbaycan ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb.

“Ermənistan mətbuatının “Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir. Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır”.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır.

Ana səhifəXəbərlərPaşinyan: Azərbaycan tərəfi mühüm yüksəkliyi ələ keçirməyib