Paşinyan: “Azərbaycan şərtləri yerinə yetirsə, sənədi imzalayacağam”

Azərbaycan tərəfi Nikol Paşinyanın açıqlamasına hələlik hər hansı reaksiya verməyib.

Source: Иллюстрация Мейдан ТВ


“Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli danışıqlar gedir”

Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan mayın 20-də Rusiya və Azərbaycanın iştirakı ilə üçtərəfli danışıqların nəticələrinə dair yeni bir sənəd imzalayacağını açıqlayıb.

Məlumatı ria.ru

yayıb

.

Nikol Paşinyan deyib ki, Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır: "Beynəlxalq tərəfdaşlarla ilkin razılaşmaların əldə olunduğu qərarlar 100 faiz Ermənistanın maraqlarına cavab verir. Əgər Azərbaycan müzakirə etdiyimiz şərtlər müqabilində razılaşmaları yerinə yetirərsə, bəli, mən bu sənədi imzalayacağam".

Azərbaycan tərəfi Nikol Paşinyanın açıqlamasına hələlik hər hansı reaksiya verməyib.

Ana səhifəSiyasətPaşinyan: “Azərbaycan şərtləri yerinə yetirsə, sənədi imzalayacağam”