“PASHA Holding” əməkdaşının müdafiə nazirinin müavini təyin olunduğu deyilir

Aqil Qurbanov – Mənbə: PAŞA İnvestments

Hələlik yeni müavinlə bağlı rəsmi açıqlama verilməyib

Dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın eks prezidenti Heydər Əliyevin məzarını ziyarət edib. Heyətin içərisində mülki geyimli şəxsin kimliyi diqqət çəkdiyindən Meydan TV kiçik bir araşdırma aparıb.

Məlum olub ki, həmin şəxs müdafiə naziri Zakir Həsənovun yeni təyin edilmiş müavini Aqil Səlim oğlu Qurbanovdur.

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Meydan TV-nin nazirlikdəki mənbələrindən əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 36 yaşlı Aqil Qurbanov bir həftəyə yaxındır bu posta təyin olunub.

Nazirliyin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Aqil Qurbanov əvvəllər “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb.

Hələlik təyinatla bağlı rəsmi açıqlama verilməyib.

Yaxın günlərdə ölkə başçısının onunla bağlı sərəncam verəcəyi gözlənilir.

Ana səhifəXəbərlər“PASHA Holding” əməkdaşının müdafiə nazirinin müavini təyin olunduğu deyilir